Ermənilərə 11.5 milyon ayıran - AMERİKA
Dünya
“Biz indi “Laçın dəhlizi”nin yaxınlığındayıq. Bu “dəhliz” Ermənistanı Qarabağla birləşdirən həyati yoldur”.
News24.az xəbər verir ki, bu barədə Ermənistanda səfərdə olan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) direktoru Samanta Pauer bildirib.
USAID rəhbəri Zəngəzurda jurnalistlərə açıqlamasında Azərbaycan əleyhinə ittihamlar səsləndirməkdən də geri qalmayıb.
“Humanitar təşkilatların Qarabağa çıxışı tamamilə zəruridir. Prezident Baydenin tapşırığı ilə mən bura Ermənistan hakimiyyəti və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə söhbət etmək üçün gəlmişəm. Bizim mülki şəxslərlə də danışmağımız vacibdir”, - Pauer deyib.
USAID rəhbəri açıqlayıb ki, ABŞ hökuməti Qarabağdan Ermənistana gələnlər üçün 11.5 milyon dollar ayırıb.
Ayşən