Belarus Ukrayna ilə hərbi müqaviləni - LƏĞV EDİR

Belarus Ukrayna ilə hərbi müqaviləni - LƏĞV EDİR Dünya
Belarus hökuməti Ukrayna ilə hərbi-texniki əməkdaşlıq haqqında hökumətlərarası sazişi ləğv etmək qərarına gəlib.

News24.az xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb.

Milli Hüquq İnternet Portalında rəsmi dərc olunmuş Nazirlər Şurasının 15 avqust tarixli 536 saylı qərarına əsasən həyata keçirilib. 
 
Müqavilə təxminən otuz il əvvəl, 1994-cü il dekabrın 16-da Belarusun paytaxtında imzalanıb.

İki ölkə arasında 2003-cü il iyulun 16-da Minskdə də imzalanmış bu sazişə düzəlişlər edilməsinə dair hökumətlərarası protokola da xitam verilib.

İndi Nazirlər Şurasının tövsiyəsinə əsasən, Belarus Xarici İşlər Nazirliyi əvvəllər imzalanmış sənədlərin ləğvi barədə Ukrayna tərəfinə bildiriş göndərməlidir.
 
Ayşən