Belqradın meri qadını döyməkdə ittiham olunur

Belqradın meri qadını döyməkdə ittiham olunur Dünya

Serbiya prokurorluğu Belqrad meri Aleksandar Şapiç barəsində qəsdən sağlamlığa ağır zərər vurma ittihamı üzrə ittiham aktını məhkəməyə göndərib.

News24.az TASS-a istinadən xəbər verir ki, prokurorluq onun üç il müddətinə azadlıqdan məhrum edilməsini, həmçinin zərərçəkmiş qadına yaxınlaşmasının və onunla ünsiyyət saxlamasının qadağan olunmasını tələb edib.

"İttiham tərəfinin versiyasına görə, 2026-cı il sentyabrın 28-də Yeni Belqrad ərazisində baş verən qısa mübahisədən sonra təqsirləndirilən şəxs zərərçəkmiş T.M.-nin sağ qolundan tutaraq yumruqla üzünə zərbə endirib. Nəticədə qadının burun sümüyü və üst çənə sümüyünün bir hissəsi sınıb, həmçinin boyun nahiyəsindən və sağ qolundan xəsarətlər alıb. Bu xəsarətlər məcmu halda sağlamlığa ağır zərər vurulması kimi qiymətləndirilir", - deyə prokurorluqdan bildirilib.

Serbiya KİV-lərinin məlumatına görə, söhbət Tatyana Miçiçdən gedir. O, müxalifət hərəkatlarından birinin təmsilçisi kimi bələdiyyə deputatıdır və şəhər rəhbərliyinin qərarlarını mütəmadi olaraq tənqid edib.