Yanvara qədər Ukraynada sülhə nail olmağı hədəfləyir
Dünya
ABŞ Prezidenti Donald Trampın administrasiyası Avropa İttifaqı və Ukrayna nümayəndələrinə bildirib ki, Kiyevin yanvarın əvvəlinə qədər Rusiya ilə sülh sazişi bağlamasını gözləyir.
News24.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri müzakirələrdən xəbərdar olan dörd mənbəyə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Vaşinqton bu razılaşmanın Demokratlar ABŞ Konqresində nəzarəti ələ keçirməzdən əvvəl əldə olunmasını hədəfləyir.
“The Washington Post”un məlumatına görə, Çində Rusiya Prezidenti Vladimir Putinlə apardığı danışıqlardan sonra Tramp Avropa liderləri və ukraynalı həmkarı Volodimir Zelenski ilə əlaqə saxlayaraq, onları Rusiya ilə sülh sazişi bağlamağa çağırıb. Ağ Ev rəhbərinin sözlərinə görə, Moskva “razılaşmaya hazırdır”.