Bergenin ölümünün - 35-ci ildönümü
Dünya
“Kədərli qadın” kimi tanınan musiqiçi və arabesk müğənni Bergenin ölümünün 35-ci ildönümündə Mersində məzarı başında anma proqramı təşkil edilib.
News24.az xəbər verir ki, Bergen kimi tanınan Belgin Sarılmışerin müxtəlif şəhərlərdən olan pərəstişkarları onun Akbelen qəbiristanlığında məzarını ziyarət ediblər. İştirakçılar məzarı üzərinə gül dəstələri qoyub, dualar oxuyublar.
Çorumdan gələn Emrah Aksu açıqlamasında hər il məzar başında keçirilən anma proqramına qatıldığını bildirib.
Uzun illərdir Bergenin mahnılarını dinlədiyini bildirən Aksu, "1988-ci ildə Çorumdakı konsertindən əvvəl Bergenlə tanış olmuşdum. Çox səmimi və təvazökar bir insan idi. İnsanlara verdiyi sevgi və həyəcan inanılmaz idi" deyib.
Antalyadan gələn Mehmet Tohma da sənətçinin mahnılarını çox bəyəndiyini və məzarını ilk dəfə gördüyü üçün təsirləndiyini bildirib.
Məryəm İlhamqızı