Bin Ladenin oğlu Fransadan qovuldu

Bin Ladenin oğlu Fransadan qovuldu Dünya

Üsamə Bin Ladenin oğlu Ömər Bin Laden sosial media hesabında terroru təşviq edən paylaşımlarına görə Fransa ərazisindən qovulub.

News24.az axar.az-a istinadən bildirir ki, bunu Fransanın daxili işlər naziri Bruno Retaillo deyib.

Onun sözlərinə görə, Ömər Bin Laden 2021-ci ildən Britaniya vətəndaşının həyat yoldaşı kimi Ornedə yaşayır və 2023-cü ildən terrora haqq qazandıran şərhlər yazmağa başlayıb. Qeyd olunub ki, Orne kommunası onun ölkə ərazisindən qovulmasına nail olub.