Bir gündə 6,5 mindən çox insan - ÖLDÜ

Bir gündə 6,5 mindən çox insan - ÖLDÜ Dünya
Dünyada bir gün ərzində koronavirusa 83 mindən çox insan yoluxub.

News24.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, dünyada son 24 saatda 6 539 nəfər COVID-19-dan ölüb, 83 465 insan koronavirusa yoluxub.

Beləliklə, dünyada COVID-19 yoluxma ilə bağlı qeydə alınmış halların ümumi sayı 3 672 238, ölüm hallarının sayı 254 045 təşkil edir.

Təşkilatın məlumatına əsasən, COVID-19-a ən çox yoluxma əvvəlki kimi Avropa regionunda qeydə alınıb. Köhnə qitədə 1 542 829 nəfər virusa yoluxub.