Birləşmiş Krallıqda uçan taksilər istifadəyə veriləcək – tarix açıqlandı
Dünya
Birləşmiş Krallığın “Vertical Aerospace” şirkəti 2029-cu ilin əvvəlindən etibarən Böyük Britaniyada ilk uçan taksilərini istifadəyə verəcəyini elan edib.
News24.az xəbər verir ki, məlumata görə, uçan taksilər paytaxt Londonun biznes rayonu sayılan Kanari Uorf və ən böyük nəqliyyat qovşaqları arasında təyin olunacaq marşrutlar üzrə hərəkət edəcək.
Müştərilər hava ilə Kanari Uorfdan Hitrou və Qetuik hava limanlarına, eləcə də Kembric və Oksford şəhərlərinə uça biləcəklər.
Aerotaksi xidmətlərində dörd sərnişinlik yeri olan “Valo” elektrik helikopterlərindən istifadə olunacaq. Sözügedən hava nəqliyyat vasitəsi bir doluma 240 km/saat surətlə 160 km-ə qədər məsafə qət edə bilir. (Trend.az)