Blinken Misirdə Sisi ilə görüşdü

Blinken Misirdə Sisi ilə görüşdü Dünya

İsrailin baş naziri Binyamin Netanyahu ilə Qüdsdə görüşən ABŞ dövlət katibi Antoni Blinken Misirə gedib.

News24.az xəbər verir ki, Blinken Qəzzada atəşkəs danışıqlarını qiymətləndirmək üçün bu gün prezident Abdelfettah əs Sisi ilə görüşüb.

Blinkenlə görüşündə Sisi Qəzza müharibəsinin bölgəyə yayılma riski barədə xəbərdarlıq edib.

Misir Rəyasət Heyətindən verilən açıqlamaya görə, Sisi Qəzza müharibəsinin "təsəvvür etmək çətin" şəkildə regional olaraq genişlənməsi riskinə diqqət çəkib.

Amerikalı nazir daha sonra atəşkəs üçün danışıqlarda vasitəçilik edən Qətərə gedəcək. O, Dohada Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşəcək.

Günel Məlikzadə