Blinkenlə Lavrov arasında "atışma" - "Lavrova töhmət verilib"
Dünya
ABŞ dövlət katibi Antoni Blinken Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı sessiyasında çıxış edərkən Rusiyanı hərbi cinayətlərdə ittiham edib.
News24.az xəbər verir ki bu barədə “CBC”məlumat yayıb.
“Lavrova ABŞ tərəfindən töhmət verilib. O, zala daxil olub oturanda dövlət katibi Entoni Blinken Rusiyanı hərbi cinayətlərdə ittiham etdi”, - məqalədə deyilir.
ABŞ-ın ittihamlarına cavab verən Rusiya XİN rəhbəri qeyd edib ki, ölkədəki münaqişəyə görə məsuliyyəti Qərb dövlətləri daşıyır.
“Biz “işğal”, “aqressiya” şüarlarını eşidirik. Əsas səbəblər haqqında bir kəlmə də yoxdur”, - Lavrov bildirib.
Lavrovun sözlərinə görə, Qərb Rusiyaya qulaq asmayıb və uzun illər onları aldadıb.
Ayşən