BMT bütün ölkələri "Fələstin dövlətini tanımağa" çağırıb

BMT bütün ölkələri "Fələstin dövlətini tanımağa" çağırıb Dünya

BMT məruzəçiləri Fələstinin tanınması ilə bağlı birgə yazılı açıqlama veriblər.

News24.az xəbər verir ki, “Bütün ölkələr BMT-yə üzv olan 146 ölkədən nümunə götürməli, Fələstin dövlətini tanımalı və Qəzzada dərhal atəşkəsə nail olmaq üçün ixtiyarında olan bütün siyasi və diplomatik resurslardan istifadə etməlidir”, - bəyanatda deyilir.

Bildirilib ki, bu tanınma Fələstin xalqının hüquqlarının, azadlıq və müstəqillik uğrunda mübarizəsinin, çəkdiyi əziyyətlərin etirafıdır.

Fələstinin öz müqəddəratını təyinetmə hüququna malik olduğu, o cümlədən təhlükəsiz bir xalq kimi sərbəst şəkildə mövcud olmaq və inkişaf etmək imkanı olduğu vurğulanıb.

Günel Məlikzadə