Böyük Britaniya Rusiyanı - "izləyir"
Dünya
Böyük Britaniyanın freqatı və patrul gəmisi patrul təyyarəsi ilə birlikdə Britaniya sahilləri yaxınlığında olduğu iddia edilən Rusiya hərbi gəmilərini izləyib.
News24.az xəbər verir ki, Kral Hərbi Dəniz Qüvvələri X sosial şəbəkəsində bu barədə məlumat paylaşıb.
“Hər hərəkəti izləyirəm” başlığı ilə yazılan yazı Rusiya gəmilərinin olduğu iddia edilən fotoşəkillərlə müşayiət olunur.
Aydan