BRICS-dən qorxanlar sənədləri oxuyub maariflənməlidir - Rusiya XİN
Dünya
Rusiya xarici işlər nazirinin müavini Sergey Lavrov bildirib ki, BRICS-in gizli gündəmi yoxdur və bu birlikdən qorxanlar onun sənədlərini oxuyub tanış olmalıdırlar.
News24.az TASS-a istinadən xəbər verir.
O, Rio-de-Janeyro sammitindən sonra keçirilən mətbuat konfransında qeyd edib ki, BRICS-ə qarşı qorxu əsassızdır və bu, bəzilərinin daim düşmən axtaran düşüncə tərzindən qaynaqlanır. Sergey əlavə edib ki, belə insanlar ya sənədləri oxuyub maariflənməli, ya da sakitləşdirici qəbul etməlidirlər.
Xeyrənsə Piriyeva