Hollivud ulduzunun ölüm səbəbi ilə bağlı ŞOK İDDİA

Hollivud ulduzunun ölüm səbəbi ilə bağlı ŞOK İDDİA Dünya

36 yaşında vəfat edən amerikalı aktrisa Hayden Panettierenin ölüm səbəbi ilə bağlı yeni iddia ortaya çıxıb.

News24.az xəbər verir ki, “Heroes” və “Nashville” serialları ilə tanınan aktrisanın ölümündən qısa müddət əvvəl təcili tibbi yardıma mümkün doza həddinin aşılması ilə bağlı zəng daxil olub.

Məlumata görə, Panettiere bazar günü Cənubi Karolinanın Qrinvil şəhərində, sevgilisi Brayan Hikersonun yaşadığı yaşayış kompleksində ölü vəziyyətdə tapılıb.

TMZ-nin məlumatına görə, aktrisanın dostu saat 13:51-də 911-ə zəng edib. Zəng edən şəxs Panettierenin reaksiya vermədiyini və mənzildə ürəyinin dayandığını bildirib. Polis də aktrisanın huşsuz vəziyyətdə aşkarlanmasından sonra tanışının təcili xidmətə müraciət etdiyini təsdiqləyib.

İlkin məlumatlara əsasən, dispetçer danışıq zamanı mümkün doza həddinin aşılması ehtimalından bəhs edib. Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları aktrisaya ürək-ağciyər reanimasiyası həyata keçiriblər, lakin onun həqiqətən doza aşımından həyatını itirib-itirmədiyi hələ məlum deyil.

Qeyd edək ki, Hayden Panettiere avqustun 16-da 36 yaşında vəfat edib. Hüquq-mühafizə orqanları hadisə yerində zorakılıq və şübhəli hal əlamətləri aşkarlanmadığını bildirib. Ölüm səbəbinin yarılma və toksikoloji ekspertizanın nəticələrindən sonra müəyyənləşdiriləcəyi bildirilir.