"Ferrari"nin elektrik superkarı rekord qiymətə satıldı

"Ferrari"nin elektrik superkarı rekord qiymətə satıldı Dünya

"Ferrari"nin eksklüziv elektrik superkarı hərracda rekord qiymətə satılıb.

News24.az xəbər verir ki, “Ferrari Luce Chassis 0” Kaliforniyanın Monterrey şəhərində keçirilən "RM Sotheby’s" hərracında 40 milyon dollara alınıb.

Avtomobilin ilkin qiyməti təxminən 1,1 milyon dollar olub. Beləliklə, yekun məbləğ ilkin qiyməti təxminən 36 dəfə üstələyib.

Satışdan əldə olunan vəsait Ferrari Fondu vasitəsilə xeyriyyə məqsədlərinə yönəldiləcək. Vəsaitin əsas hissəsinin İtaliya və ABŞ-də texniki təhsil layihələrinin maliyyələşdirilməsinə sərf olunacağı bildirilib.

Avtomobilin yeni sahibi amerikalı ixtiraçı, sahibkar və milyarder Herbert “Herbi” Vertheim olub. O, ötən il də unikal "Ferrari Daytona SP3 Tailor Made" modelini 26 milyon dollara almışdı. Həmin satışdan əldə olunan gəlir də xeyriyyəyə bağışlanmışdı.

1050 at gücünə malik "Ferrari Luce" markanın elektrikli avtomobillər sahəsində yeni mərhələsinin başlanğıcı hesab olunur. Xüsusi olaraq hərrac üçün hazırlanmış avtomobil mat kuzov örtüyü və metal effektli dəri ilə işlənmiş eksklüziv salonu ilə seçilir.