Britaniya və Fransa Ukraynaya qoşun göndərməyə hazırdır – Zelenskidən sensasion açıqlama

Britaniya və Fransa Ukraynaya qoşun göndərməyə hazırdır – Zelenskidən sensasion açıqlama Dünya

Böyük Britaniya və Fransa Ukraynaya hər biri 5 min nəfərə qədər hərbçidən ibarət briqada göndərməyə hazırdır.

News24.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama verib.

Onun sözlərinə görə, qüvvələrin yerləşdirilməsi formatı müzakirə olunur, lakin bu bölmələrin konkret olaraq harada baza quracağı hələ müəyyən edilməyib. Prezident əlavə edib ki, digər ölkələrdən də kontingent ayırmağa hazır olduqlarına dair siqnallar var, lakin tərəfdaşlar birbaşa cəbhə xəttində dayanmağa hazır deyillər.

Zelenski bildirib ki, müttəfiqlərin Ukrayna-Belarus sərhədində yerləşdirilməsi variantını da təklif edib, amma hələlik bu təşəbbüsə cavab verilməyib.

Daha əvvəl Böyük Britaniyanın müdafiə naziri Con Hili ölkəsinin Ukraynada qoşun yerləşdirən ilk dövlət olmağa can atdığını bəyan edib. Bununla belə, o vurğulayıb ki, britaniyalı hərbçilər yalnız mümkün sülh sazişi imzalandıqdan sonra yerləşdirilə bilər.