Bu, bütün dünyada hava şəraitinə - təsir edə bilər
Dünya
Şiddətli iqlim böhranı ilə həm quruda, həm də dənizdə temperaturun yüksəlməsi gündəmdədir.
News24.az xəbər verir ki, naməlum səbəbdən Atlantik okean soyuyur.
Qlobal iqlim böhranı ilə əlaqədar okeanın soyuması müsbət görünsə də, bu vəziyyətin səbəbinin bilinməməsi də diqqət çəkir.
Kolorado Boulder Universitetindən Pedro DiNezio, "Biz qlobal okean temperaturunun azalmağa başladığını görürük" deyib.
Qeyd edək ki, son üç ayda Atlantik okeanında temperatur 1982-ci ildən bəri qeydə alınan hər zamankindən daha sürətli soyuyub. Floridadakı Mayami Universitetindən Franz Philip Tuchen, bu qəfil dəyişikliyin təəccüblü olduğunu söyləyib, çünki adətən belə soyumağa səbəb olan güclü küləklər olmayıb.
"Biz mümkün mexanizmlərin siyahısını nəzərdən keçirdik və indiyə qədər heç bir şey bu vəziyyəti izah etmir" Tuchen dedi.
Günel Məlikzadə