Bu dərman apteklərdə tapılmır

Bu dərman apteklərdə tapılmır Dünya

Böyük Britaniya hökuməti istehsal və təchizatda yaranan ciddi problemlər səbəbindən aspirinin ixracını qadağan edən dərmanlar siyahısına daxil edib.

News24.az xəbər vetir ki, xüsusilə ürək və insult xəstələri üçün həyati əhəmiyyət daşıyan aşağı dozalı aspirinə çıxışın ölkə üzrə ciddi şəkildə məhdudlaşdığı bildirilir.

Əczaçı təşkilatlarının məlumatına görə, İngiltərədə bir çox aptek xəstələrə aspirin təqdim edə bilmir. Çatışmazlıq dərman qiymətlərinin kəskin artmasına səbəb olub.

Belə ki, keçən ilin əvvəlində 18 pens olan bir qutu aspirinin qiyməti hazırda 3,90 funt sterlinqə yüksəlib.