Pakistanda toyda partlayış oldu: ölənlər var

Pakistanda toyda partlayış oldu: ölənlər var Dünya

Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətinin Dera-İsmayıl-Xan rayonunda terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində azı beş nəfər həlak olub, daha 10 nəfər yaralanıb.

News24.az xəbər verir ki, bu barədə "The Express Tribune" qəzeti yerli hakimiyyət orqanlarına istinadən xəbər verib.

Məlumata görə, terrorçu cümə axşamı yerli icma liderinin evində keçirilən toy mərasimində partlayıcı qurğunu işə salıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Xayber-Paxtunxvanın qubernatoru Feysəl Kərim Kundi ölənlərin ailələrinə başsağlığı verib. O, yaralılara bütün lazımi yardımın göstərilməsini və hadisə ilə bağlı hərtərəfli araşdırma aparılmasını tapşırıb.(Report)