ABŞ-də fövqəladə vəziyyət elan edildi

ABŞ-də fövqəladə vəziyyət elan edildi Dünya

Yaxınlaşan qar fırtınası səbəbilə ABŞ-də fövqəladə vəziyyət elan edilib.

News24.az xəbər verir ki, azı 14 ştatda əhaliyə xəbərdarlıq edilib. Bunlar Alabama, Arkanzas, Corciya, Kanzas, Kentukki, Luiziana, Missisipi, Missuri, Nyu-York, Şimali Karolina, Cənubi Karolina, Tennessi, Texas və Virciniya ştatlarıdır.

Qeyd edək ki, Vaşinqton da fövqəladə vəziyyət elan olunan şəhərlər sırasındadır. Paytaxtda 22 santimetr hündürlüyündə qar gözlənilir.

Artıq şənbə günü üçün ABŞ-da planlaşdırılan 1700-dən çox yerli və beynəlxalq uçuş ləğv edilib.