Bu ev Eva Brauna məxsusdur? – Satışa çıxarılan mülk müzakirələrə səbəb oldu
Dünya
Polşanın Baltik dənizi sahilindəki kurort şəhəri Pobierovoda 1930-cu il tikilən köhnə villa satışa çıxarılıb. 458 kvadrat metrlik torpaq sahəsi və təxminən 130 kvadrat metrlik ev üçün 1 milyon avro tələb olunur, baxmayaraq ki, villa baxımsız vəziyyətdədir.
News24.az xəbər verir ki, rieltorların iddiasına görə, Hitlerin həyat yoldaşı Eva Braun yay aylarında bu evdə dincəlib. Lakin rəsmi olaraq heç bir mənbədə bu barədə təsdiq yoxdur.
Tarixçilər də bu iddianı təkzib edirlər. Belə ki, onlar Eva Braunun tarixi fotolarında Baltik dənizinə dair heç bir görüntü tapılmadığını bildirirlər.