"Bu, fəlakətdir" – Ukrayna ilə bağlı qorxunc statistika açıqlandı

"Bu, fəlakətdir" – Ukrayna ilə bağlı qorxunc statistika açıqlandı Dünya

Ukraynada doğum səviyyəsi kritik minimuma enib.

News24.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Bildirilir ki, ölkədə ümumi doğum əmsalı bir qadına düşən 1 uşaqdan da aşağıdır. Bu, dünyada ən aşağı göstəricilərdən biri hesab olunur. Müqayisə üçün qeyd edək ki, bu rəqəm Avropa İttifaqında 1,4, ABŞ-də isə 1,6 təşkil edir.

Ukraynalı demoqraflar vəziyyəti “fəlakət” adlandırır. Onların sözlərinə görə, demoqrafik geriləmə müharibənin birbaşa itkiləri ilə daha da dərinləşir. Genişmiqyaslı işğalın başlanmasından bəri Ukrayna təxminən 10 milyon insan itirib. Bu rəqəmə həlak olanlar, ölkədən qaçanlar və işğal altındakı ərazilərdə qalan sakinlər daxildir.

Eyni zamanda, “Center for Strategic and International Studies”in (CSIS) məlumatına görə, son dörd il ərzində 100 mindən 140 minə qədər ukraynalı həyatını itirib.

Qeyd olunur ki, hərbçilərin orta yaşı təxminən 43-dür. Bu isə o deməkdir ki, həlak olanların böyük hissəsi ailəli insanlardır. Nəticədə “dul və yetimlər ölkəsi” effekti daha da güclənir.

Ekspertlər ayrıca qaçqınların geri qayıtmamasını ciddi problem kimi qiymətləndirirlər. Hazırda təxminən 6 milyon ukraynalı xaricdə qalır.