Bu məşhurların narkotik testi müsbət çıxdı

Bu məşhurların narkotik testi müsbət çıxdı Dünya

Türkiyədə məşhurlara qarşı keçirilən narkotik əməliyyatı zamanı analiz götürülən Hande Erçel, Hakan Sabancı, Fikrət Orman, İbrahim Çelikkol, Mustafa Ceceli, Deha Bilimlier, İlkay Sencan və Burak Elmasın test nəticələri məlum olub. 

News24.az xəbər verir ki, aktrisa Hande Erçelin qan analizində hər hansı narkotik maddəyə rast gəlinməyib. Həmçinin Hakan Sabancı, Fikrət Orman və Burak Elmasın da nəticələri neqativ olub.

Müğənni Mustafa Cecelinin qan analizi neqativ nəticə versə də, saçından alınan nümunədə narkotik maddə aşkarlanıb. Eyni hal İbrahim Çelikkol və Deha Bilimlierin də nəticələrində də qeydə alınıb.

İlkay Sencanın isə həm qan analizi, həm də saç nümunəsininn nəticəsi pozitiv olub. (Cümhuriyyet)