"Bu münaqişənin tezliklə bitməsinin tərəfdarıyıq"- - ATƏT-in sədri
Dünya
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) hazırkı sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani Ukraynadakı münaqişənin tezliklə dayandırılmasının tərəfdarı olduğunu bildirib.
News24.az “Ria novosti”-yə istinadla xəbər verir ki, O, rəsmi səfərdə olduğu Astanada keçirdiyi brifinqdə deyib:
“Bütün ATƏT regionu çox çətin dövr və qeyri-müəyyənlik yaşayır, ona görə də bu müharibə başa çatmalıdır”.
Osmaninin sözlərinə görə, ATƏT məkanında münaqişə başa çatdıqdan sonra “daha da sıx əməkdaşlıq qurmaq və regional cavablar vermək” mümkün olacaq.
Aydan