Bir saat ərzində 10-dan çox ZƏLZƏLƏ oldu

Bir saat ərzində 10-dan çox ZƏLZƏLƏ oldu Dünya

ABŞ-ın Kaliforniya ştatında bir saat ərzində 11 zəlzələ baş verib.

News24.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Məlumata görə, 4,8 bal gücündə ilk zəlzələ UTC vaxtı ilə saat 8:36-da qeydə alınıb. Onun mənbəyi Kaliforniyanın El Centro şəhərindən üç kilometr aralıda, 18,9 kilometr dərinlikdə yerləşib.

Bunun ardınca daha on təkan baş verib. 

Tələfat və dağıntılar barədə məlumat verilmir.

Mehriban Mirzəzadə