Bu ölkədə 7 bal gücündə zəlzələ oldu
Dünya
Avrupa Akdeniz Sismoloji Merkezi (EMSC) Malayziya sahilləri yaxınlığında 7,1 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb.
News24.az xəbər verir ki, məlumata görə, zəlzələ ən yaxın yaşayış məntəqəsindən 62 kilometr məsafədə qeydə alınıb.
Yeraltı təkanlardan sonra sunami xəbərdarlığı edilməyib.
Hadisə ilə bağlı əlavə məlumatların araşdırıldığı bildirilir.(metbuat)