Bu ölkədə məktəblərdə “müharibəyə hazırlıq” dərsləri keçirilə bilər

Bu ölkədə məktəblərdə “müharibəyə hazırlıq” dərsləri keçirilə bilər Dünya

Almaniyada məktəblərdə “müharibəyə hazırlıq” dərslərinin tədrisə daxil edilməsi təklifi ölkədə ciddi müzakirələrə səbəb olub.

News24.az xəbər verir ki, Daxili işlər naziri Aleksandr Dobrindt şagirdlərin böhran vəziyyətlərinə hazır olmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, dərslərdə mümkün təhlükə ssenariləri və görülə biləcək tədbirlər müzakirə edilə bilər. Nazir həmçinin evlərdə ərzaq ehtiyatı və fənər kimi avadanlıqların saxlanmasını da tövsiyə edib.

Təklif Almaniya Federal Məclisində etirazla qarşılanıb. Sol Partiyası və AfD bunu “panika və müharibə təbliğatı” adlandırsa da, Yaşıllar Partiyası təşəbbüsü dəstəkləyərək, gənclərin böhran vəziyyətlərində davranış qaydalarını öyrənməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Almaniya kəşfiyyatının hesabatına görə, 2029-cu ilə qədər Rusiyanın NATO ölkələrindən birinə hücum ehtimalı real təhlükə kimi qiymətləndirilir.

Xeyrənsə Piriyeva