Bu ölkədə silahlı basqın: Çox sayda ölən var

Bu ölkədə silahlı basqın: Çox sayda ölən var Dünya

Haitinin paytaxtı Port-au-Prince yaxınlığında yerləşən Jan Deni şəhərində silahlı dəstənin hücumu nəticəsində aralarında uşaqların da olduğu 70 nəfər həyatını itirib, 30 nəfər yaralanıb.

News24.az xəbər verir ki, hücum “Qran Qrif” adlı qruplaşma tərəfindən həyata keçirilib.

Məlumata görə, silahlılar mülki şəxsləri hədəf alaraq şəhərdə geniş dağıntılar törədib. Hücum nəticəsində azı 50 ev yandırılıb, təxminən 6000 nəfər isə evlərini tərk etmək məcburiyyətində qalıb.

Bildirilir ki, dəstə üzvləri əraziyə nəzarəti ələ keçirmək məqsədilə əsas yolları barrikada edib və təhlükəsizlik qüvvələrinin müdaxiləsinin qarşısını almağa çalışıblar.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti 2025-ci il mayın 2-də “Qran Qrif” və “Viv Ansam” dəstələrini xarici terror təşkilatları siyahısına daxil edib.