Bu ölkədə ümummilli matəm elan edildi - SƏBƏB

Bu ölkədə ümummilli matəm elan edildi - SƏBƏB Dünya

Qazaxıstanın Karaqanda vilayətində metallurgiya şirkətinə məxsus mədəndə baş verən partlayış nəticəsində 32 nəfər həyatını itirib.

News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyindən verilən açıqlamada ölənlərin sayının 32-yə yüksəldiyi,14 nəfərin axtarışlarının davam etdiyi bildirilib.

Oktyabrın 29-u ölkədə ümummilli matəm elan edilib.

Ülkər Abdurahmanlı