Bu ölkədən qaçmağa çalışan 5 nəfər - MİNAYA DÜŞDÜ
Dünya
Şimali Koreyadan qaçmağa çalışan 5 nəfərin ölkənin Çinlə sərhədində minalara basdığı bildirilib.
News24.az xəbər verir ki, bu barədə “Ntv haber” məlumat yayıb.
Məlumatda qaçmağa çalışanların sərhədə yaxın ərazidə minalara basdığı, lakin sözügedən şəxslərin taleyi ilə bağlı məlumat verilmədiyi bildirilib.
Qeyd olunub ki, Şimali Koreyalılar öz ölkələrində "iqtisadi vəziyyətin pisləşməsi səbəbindən pul qazanmaq üçün" Çinə qaçmağa cəhd etmiş ola bilərlər.
Ülkər Abdurahmanlı