Bu ölkələr İrandan mineral su idxalını qadağan etdilər

Bu ölkələr İrandan mineral su idxalını qadağan etdilər Dünya

Omanda çirklənmiş mineral sudan iki nəfərin ölməsindən sonra Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İrandan mineral suyun idxalını və satışını qadağan edib.

News24.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

BƏƏ-nin İqlim Dəyişikliyi və Ətraf Mühit Nazirliyinin məlumatına görə, ölkə bu məhsul üçün heç bir idxal icazəsi verməyib.

Oman rəsmiləri "Uran Star" markalı mineral suyun tərkibində zəhərli maddə aşkar olunduğunu bildiriblər. Sınaq nəticələri çirklənmənin insan həyatı üçün təhlükəli səviyyədə olduğunu göstərib.

Hadisədən sonra Oman hökuməti İrandan bütün növ mineral suların idxalını müvəqqəti dayandırıb. Qadağanın məqsədi əhalinin sağlamlığını qorumaq və oxşar halların qarşısını almaqdır.