Bu ölkənin sabiq prezidenti qəfil vəfat etdi
Dünya
Surinamın 2020-2025-ci illərdə ölkəyə rəhbərlik etmiş sabiq prezidenti Çandrikapersad Santoxi qəfil vəfat edib.
News24.az xəbər verir ki, bu barədə onun varisi və hazırkı prezident Cennifer Simons məlumat verib.
67 yaşlı Santoxi Surinamın Mütərəqqi İslahat Partiyasının sədri olub. O, eyni zamanda 2005-2010-cu illərdə ölkənin ədliyyə naziri vəzifəsində çalışıb.
Santoxinin ölüm səbəbi hələlik açıqlanmayıb. (Reuters)