Bu, Rusiyanın hücumunu çətinləşdirir – Qərbdən sensasion İDDİA
Dünya
Qərb rəsmilərinin məlumatına görə, son üç ayda Rusiya-Ukrayna müharibəsində döyüş itkiləri hər ay səfərbərlik və ya müqavilə əsasında cəlb edilənlərin sayını üstələyib. Söhbət aylıq təxminən 30-35 min nəfərdən gedir.
News24.az xəbər verir ki, məlumatı “Bloomberg” yayıb.
Bildirilir ki, Moskva real itki rəqəmlərini açıqlamır və əsasən yüksək ödənişli müqaviləli hərbçilərə, eləcə də əcnəbilərə üstünlük verir. Məlumatda qeyd olunur ki, təxminən 17 min Şimali Koreya vətəndaşının, həmçinin Hindistan, Pakistan, Nepal, Kuba, Nigeriya və Seneqaldan olan muzdluların cəlb edildiyi iddia edilir.
Qərb mənbələri hesab edir ki, artan itkilər Rusiyanın genişmiqyaslı yeni hücum əməliyyatına hazırlaşmasını çətinləşdirir.