Buna görə İrana təzyiq edirik - Qətər
Dünya
Qətər Yəmən husiləri ilə danışıqlarda iştirak etməsə də, regionda gərginliyi azaltmaq üçün İrana təzyiq edir.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bunu Qətərin hökumət başçısı, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman əs-Sani deyib.
"Qətər husilərlə danışıqlarda vasitəçi rolunu oynamır. Biz İrana regionda təhlükəsizlik vəziyyətinin gərginliyini azaltmaq üçün təzyiq edirik", - deyə o bildirib.