Cənubi Afrikada məclisə silahlı hücum oldu: 11 nəfər öldü
Dünya
Cənubi Afrikada evdə keçirilən məclis zamanı silahlı hücum baş verib.
News24.az xəbər verir ki, hadisə sentyabrın 22-də Durban şəhərində baş verib.
Polisin məlumatına görə, üç silahlı şəxs məclisin keçirildiyi evə daxil olaraq insanlara atəş açıb.
Hadisə nəticəsində 11 nəfər ölüb, 3 nəfər isə yaralanıb.
Hücumun dəstə münaqişəsi ilə bağlı ola biləcəyi ehtimal edilir.
Hazırda polis hadisəni törədən üç şəxsi axtarır. /Reuters/
Nuray Şirinova