Cənubi Koreyada ofisdə yanğın nəticəsində 46 nəfər yaralandı

Cənubi Koreyada ofisdə yanğın nəticəsində 46 nəfər yaralandı Dünya
Cənubi Koreyanın Tequ şəhərində yerləşən yeddimərtəbəli ofis binasında yanğın olub.

 
News24.az “İnterfaks”a istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər ölüb, daha 46 nəfər xəsarət alıb.

Alovun söndürülməsinə 50 yanğınsöndürmə maşını və 160 yanğınsöndürən cəlb edilib.

Hadisənin səbəbləri araşdırılır. Yanğının qəsdən törədilməsi ehtimalı istisna olunmur.