Cəsədlə dolu 48 kisə tapıldı - Bu ölkədə
Dünya
Meksikada Xalisko ştatının paytaxtı Quadalaxara şəhərinin yaxınlığında insan cəsədlərinin qalıqları olan 48 kisə tapılıb.
News24.az xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.
Meksika Baş Prokurorluğunun məlumatına görə, kisələr bir ay əvvəl Sapopan şəhərindəki boş ərazidə aşkarlanıb.
Yerli hakimiyyət orqanları bildiriblər ki, hazırda kisələrdəki qalıqların kimə məxsus olduğunu və qurbanların dəqiq sayını müəyyənləşdirmək üçün işlər aparılır.
Rəsmi məlumatlara əsasən, Xalisko ştatında 14 mindən çox insanın itkin düşməsi faktı qeydə alınıb. Mütəxəssislər bu vəziyyəti “Yeni Nəsil Xalisko” adlı kartelin fəaliyyəti ilə əlaqələndirirlər.
Ötən ilin iyununda Sapopan şəhərində yaşayış məhəlləsinə yaxın ərazidə 34 nəfərin qalıqları tapılıb. Bu ilin yanvarında isə ölkənin şimalında azı 56 cəsəd aşkar edilib.