Çexiyada terror: dron istehsalı zavodu yandırıldı
Dünya
Çexiyanın Pardubitse şəhərində yerləşən dron istehsalı zavodunda yanğın baş verib.
News24.az xəbər verir ki, hadisə “LPP Holding” şirkətinə məxsus ərazidə qeydə alınıb.
Məlumata görə, yanğın əvvəlcə anbarda başlayıb, daha sonra inzibati binaya keçib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Yanğına görə məsuliyyəti özünü anti-İsrail mövqeli kimi təqdim edən qrup üzərinə götürüb. Qrup mediaya müraciətində obyekti “İsrail silahlarının istehsalı üçün əsas mərkəzlərdən biri” adlandırıb və addımını Qəzza müharibəsi ilə əlaqələndirib.
Polis hadisəni terror aktı maddəsi ilə araşdırır və yayılan bəyanatların həqiqiliyini yoxlayır.