Çin ABŞ-ni Tayvan boğazında - gərginlik yaratmaqda ittiham edir

Çin ABŞ-ni Tayvan boğazında - gərginlik yaratmaqda ittiham edir Dünya
Çin ABŞ-ni Tayvan boğazında gərginlik yaratmaqda ittiham edib.

News24.az xarici mediaya istinadən xəbər verir ki,  Çin Xarici İşlər Nazirliyinin rəsmisi Tayvan boğazında gərginliyin əsas səbəbi kimi ABŞ-nin Taybey administrasiyasına dəstəyini göstərib. 

"Biz ABŞ hökumətinin Tayvan ilə hər hansı rəsmi əlaqəsinin olmasına qəti şəkildə qarşıyıq.Tayvan məsələsi Çinin həyati maraqlarının özəyi, Çin-ABŞ münasibətlərinin siyasi bünövrəsinin əsası və Çin-ABŞ münasibətlərində keçilməməli olan əsas qırmızı xəttdir", - deyə Çin Xarici İşlər Nazirliyindən bildirilib. 
Günəş Mərd