Çin 10 ilə avtomobildən çox robot istehsal edəcək
Dünya
Çin yaxın 5-10 il ərzində istehsal etdiyi robotların sayına görə avtomobilləri geridə qoya bilər.
News24.az xəbər verir ki, bunu Unitree Robotics şirkətinin qurucusu Vanq Sinsinq Yicai nəşrinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, robotlar avtomobillərdən daha kiçikdir və texnologiyanın inkişafı onların istehsalını asanlaşdıracaq.
Qeyd edək ki, Çin 2025-ci ildə 34,53 milyon avtomobil istehsal edib. Ölkədə robototexnika sahəsi də sürətlə inkişaf edir. Bununla yanaşı, 2025-ci ilin əvvəlindən bəri təxminən 30 Çin robot şirkəti fəaliyyətini dayandırıb və ya müflis olub.