Serbiyada prezident seçkilərinin keçiriləcəyi tarix bəlli oldu
Dünya
Serbiyada prezident seçkilərinin dekabrın 27-də keçirilməsi barədə qərar imzalanıb.
News24.az xəbər verir ki, bu barədə Milli Assambleyanın sədri Aleksandar Kupiç məlumat verib.
O, vətəndaşları seçkilərdə iştirak etməyə çağırıb.
Qeyd edək ki, prezident vəzifəsi hazırda boşdur. Kupiç qanunvericiliyə uyğun olaraq müvəqqəti olaraq prezident vəzifəsini icra edir.