Çində inanılmaz hadisə: ölən oğul "geri qayıtdı"
Dünya
Çində inanılmaz bir hadisə yaşanıb. Belə ki, bir ailə anadan oğlunun ölümünü gizlətmək üçün onun süni intellektlə klonunu yaradıb.
News24.az xəbər verir ki, 80 yaşlı qadının ürəklə bağlı xəstəliyi olduğundan oğlunun qəzada ölməsini ondan gizlətmək qərarına gəliblər. Bunun üçün qohumlar oğlanın şəkillərini, videolarını, səsli mesajlarını toplayıblar və onun rəqəmsal əkizini sifariş ediblər.
İndi süni intellekt "övlad" hər gün anaya zəng edir, yazır, hətta görüntülü danışır. Anasına işi ilə bağlı başqa şəhərdə olduğunu və hələlik gələ bilmədiyini deyir.
Ana isə hələ də həqiqəti bilmir. ona inanır və hətta qalın geyinməsi və ehtiyatlı olması ilə bağlı tövsiyələrini də verir.