Çindən göndərilən bağlamalara vergi tətbiq ediləcək

Çindən göndərilən bağlamalara vergi tətbiq ediləcək Dünya

Avropa İttifaqına daxil olan dövlətlər Çindən göndərilən xırda poçt bağlamalarına vergi tətbiq edilməsi məsələsində ortaq mövqeyə gəliblər.

News24.az xəbər verir ki, bu addım Çindən Avropa bazarına axın edən ucuz məhsulların həcmini azaltmağa yönəlib.

Qərara əsasən, 2026-cı il iyunun 1-dən başlayaraq Avropa İttifaqı ərazisinə Çindən daxil olan bağlamalara minimum 3 avro məbləğində vergi tutulacaq. Əgər bağlamanın içində bir neçə müxtəlif məhsul olarsa, hər biri ayrıca vergiyə cəlb ediləcək.

Statistikaya görə, 2024-cü ildə Avropa İttifaqına dəyəri 150 avrodan aşağı olan 4,6 milyard bağlama daxil olub və bu göndərişlərin 91 faizi məhz Çinin payına düşüb.