Çini sarsıdan şok görüntülər: Sərxoş şəxsin gənc qadına etdikləri...

Çini sarsıdan şok görüntülər: Sərxoş şəxsin gənc qadına etdikləri... Dünya

Çində baş verən ağır cinayət hadisəsi ölkə ictimaiyyətində böyük rezonans doğurub.

News24.az xəbər verir ki, sərxoş olduğu bildirilən bir kişi yolun ortasında gənc qadına hücum edərək onu vəhşicəsinə döyüb, saçlarından tutaraq sürüyüb.

Təhlükəsizlik kameralarına düşən görüntülərdə hücumun açıq şəkildə küçədə baş verdiyi, qadının isə müdafiəsiz vəziyyətdə qaldığı əks olunub. Bildirilir ki, təcavüzkar daha sonra qadını kameraların az əhatə etdiyi əraziyə apararaq orada təcavüz edib.

Hadisə yayıldıqdan sonra ölkə daxilində ciddi narazılıq yaranıb. Qadının vəziyyətinin ağır olduğu, şübhəlinin isə polis tərəfindən saxlanıldığı qeyd olunur.