“Counter-Strike” oynamaq üçün 24 litr benzin verməlisən - Rusiyada
Dünya
Rusiyanın Orlov vilayətində kompüter klublarında ödənişi benzinlə etmək mümkündür.
News24.az xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.
Məlumata görə, 24 litr “AI-95” markalı benzin gətirənlərə 24 saat oyun oynamaq icazəsi verilir.
Hazırda bölgədə benzinlə bağlı məhdudiyyət tətbiq olunur.
Bir sürücüyə gün ərzində maksimum 30 litr benzin satılır. Yanacaq tapmaq çətindir və 1 litr üçün orta qiymət 80–90 rubl təşkil edir.
Beləliklə, bir sutkalıq “Counter-Strike” oyununun qiyməti təxminən 2 min rubla başa gəlir.
Klub sahibləri təhlükəsizlik məqsədilə benzini yalnız ağzıbağlı hermetik qabda qəbul edirlər.
Yerli polis bu cür alış-verişin doğru olmadığını və yoxlamalar aparacaqlarını bildirib.
Bununla belə, həmin şəxslərin cəzalandırılması üçün hüquqi əsasın olmadığı da qeyd olunub.