COVID-19-a yoluxma hallarında artım qeydə alındı
Dünya
Rusiyada bir həftə ərzində koronavirusa yoluxma halları artıb.
News24.az bu barədə yeni koronavirus infeksiyası ilə mübarizə üzrə Federal Əməliyyat Qərargahına istinadən xəbər verir.
Bildirilib ki, artım 31,4% təşkil edib.
"Rusiya Federasiyasının 71 təsis qurumunda, o cümlədən 17 regionda ölkə üzrə orta göstəricidən çox xəstələnmə qeydə alınıb", - məlumatda deyilib.
Qeyd edək ki, son bir həftə ərzində Rusiya Federasiyasında 1409 koronavirus xəstəsi xəstəxanalara yerləşdirilib.
Məryəm İlhamqızı