Dağıstanda yağış selə səbəb oldu: Dəhşətli görüntülər - Video
Dünya
Dağıstanda güclü leysan yağışlarından sonra sel baş verib.
News24.az xəbər verir ki, ən ağır vəziyyət Mahaçqala şəhərində müşahidə olunub. Burada onlarla ev su altında qalıb.
Pis hava şəraiti səbəbindən elektrik enerjisi kəsilib və 60 mindən çox insan işıqsız qalıb.
Dərbənd şəhərində yerli çaylar məcrasından çıxıb və nəticədə yolları su basıb. Dağ yamaclarında güclü su axınları avtomobilləri sürüyərək aşırıb.
Xasavyurt şəhərində isə təbii fəlakət nəticəsində dəmir yolu körpüsü dağılıb.
Bütün fövqəladə xidmətlər gücləndirilmiş iş rejiminə keçirilib, kommunal xidmətlər isə artıq selin nəticələrinin aradan qaldırılması üzərində çalışır.