Daha 16 məşhur saxlanıldı - Siyahı

Daha 16 məşhur saxlanıldı - Siyahı Dünya

İstanbul Prokurorluğu tərəfindən “narkotik vasitələrin istehsalı və dövriyyəsi”, “narkotik və ya psixotrop maddələrin istifadəsini asanlaşdırmaq üçün xüsusi yer, avadanlıq və ya vasitə təmin etmək və istifadəçilərin tutulmasını çətinləşdirən tədbirlər görmək”, “istifadə məqsədilə narkotik və ya psixotrop maddə almaq, qəbul etmək və ya saxlamaq”, “narkotik və ya psixotrop maddə istifadə etmək”, “fahişəliyə təşviq və vasitəçilik etmək” maddələri üzrə aparılan istintaq davam edir.

News24.az xəbər verir ki, istintaq çərçivəsində aparılan araşdırmalar və toplanan sübutların birgə qiymətləndirilməsi nəticəsində “istifadə məqsədilə narkotik maddə saxlamaq” və “narkotik istifadəsini asanlaşdırmaq” ittihamları üzrə ümumilikdə 16 şübhəli barəsində saxlanılma qərarı verilib.

İş üzrə “Beşiktaş” klubunun keçmiş prezidenti və iş adamı Fikret Orman İstanbul Narkotiklərlə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Eyni istintaq çərçivəsində keçmiş “Qalatasaray” prezidenti Burak Elmas, iş adamları Hakan Sabancı və Kerim Sabancı, aktrisa Hande Erçel, model Didem Soydan və Güzide Duran barədə də saxlanılma qərarı verildiyi bildirilib.

Saxlanılan şəxslərin tam siyahısı:

1. Fikret Orman

2. Güzüde Aksoy (Güzide Duran)

3. Hakan Sabancı

4. Kerim Sabancı

5. Hande Erçel

6. Burak Elmas

7. Sezgin Köysüren

8. Ferhat Aydın

9. Lütfiye Tuğçe Özbudaq

10. Koray Serenli

11. Onur Bükçü

12. İsmail Behram Perinçekli

13. Kaan Mellart

14. Didem Soydan

15. Onur Talay

16. Mustafa Tari

/Haber Global/