Dağıntılar arasında iftar: Qəzza sakinləri Ramazan sevinci yaşayır – FOTOLAR
Dünya
Qəzza zolağı sakinləri 2023-cü ilin oktyabrında başlayan və iki ildən çox davam edən İsrail hücumlarından sonra bomba səsi olmadan ilk iftar süfrələrini açıblar.
News24.az xəbər verir ki, əvvəlki illərin Ramazanlarından fərqli olaraq, bu il ilk iftarda Qəzzada İsrailin təyyarələri və bomba səs-küyü yerinə azan səsi eşidilib.
Xatırladaq ki, İsrailin 2 ildən çox davam edən hücumları nəticəsində 72 mindən çox fələstinli həyatını itirib, Qəzzada evlərin 90 faizdən çoxu dağılıb. 10 oktyabr 2025-ci ildə tətbiq olunan atəşkəsdən bəri İsrailin hücumlarında 603 nəfər həlak olub, 1618 nəfər yaralanıb. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin oktyabrından bəri İsrail hücumlarında 72 063 nəfər ölüb, yaralıların sayı isə 171 726 nəfərə çatıb.