"Diplomatiya çıxılmaz vəziyyətə düşərsə…" – Vens İranı hədələdi

"Diplomatiya çıxılmaz vəziyyətə düşərsə…" – Vens İranı hədələdi Dünya

Tramp İrana qarşı hərbi əməliyyat hüququnu özündə saxlayır.

News24.az xəbər verir ki, bunu ABŞ vitse-prezident Cey Di Vens “Fox News” kanalına müsahibəsində deyib.

“Müəyyən mənada danışıqlar yaxşı keçsə də (Cenevrə danışıqları nəzərdə tutulur – red.), Prezidentin müəyyən etdiyi bəzi qırmızı xətlərin olduğu çox aydın idi və İran hələ də onları qəbul etmək və üzərində işləmək istəmir. Diplomatiya çıxılmaz vəziyyətə düşərsə, Prezident hərbi əməliyyat hüququnu özündə saxlayır”, – o bildirib.